Pavel oynadı, komandası uduzdu

10:31 28 Avqust 2017

Futbol üzrə Ukrayna çempionatında 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti