Əsgərov qol vurmasa da...

11:02 28 Avqust 2017

Futbol üzrə Latviya birinci liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Stayçeles Bebri" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Cari mövsümdə vurduğu 13 qolla komandasının bombardiri olan futbolçumuz bu dəfə fərqlənə bilməyib.

 

"Olayne" 17 turdan sonra 35 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti