"Mlada"nın baş məşqçisi Kamrandan danışdı - "Yersiz səhvlər etdi"

11:58 28 Avqust 2017

"Oyuna çox passiv başladıq. "Slaviya" layiqli qələbə qazandı. Onlar bizdən üstün idi”.

Sportarena.az xəbər verir ki, bu sözləri Çexiyanın "Mlada Boleslav” klubunun baş məşqçisi Duşan Uhrin deyib. Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi komanda  Çexiya çempionatının 5-ci turunda “Slaviya”nın qonağı olub və 0:4 hesablı məğlubiyyətlə üzləşib. Kamran debüt oyununda kobud səhvlərlə yadda qalıb. Oyundan sonra yerli mətbuata açıqlama verən Duşah Uhrin Kamranın çıxışına da toxunub:

 

"Pis oynamadıq. İkinci hissədə çox fəal idik. Ardıcıl hücumlar təşkil etsək də, təəssüflər olsun ki, fərqlənməyi bacarmadıq. Hücumlardan birini qolla tamamlaya bilsəydik, bəlkə də birinci hissədə buraxdığımız iki qolun əvəzini çıxa bilərdik. Amma əksinə oldu, qapıçımız yersiz səhvlər etdi. Qapımızda üçüncü qolu görəndən sonra oyunun axarını dəyişmək çox çətin idi". 
 

Qeyd edək ki, matçda 3-cü qol avtoqol olaraq Kamranı adına yazılıb.


Xəbər xətti