Ndlovu: "ÇL-də heç bir hədəfimiz yoxdu"

14:33 28 Avqust 2017

“Qarabağ”ın hücumçusu Dino Ndlovu “kickoff.com” saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, cənubi afrikalı futbolçu açıqlamasında tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaları barədə danışıb. O, Ağdam təmsilçisinin “Çelsi”, “Roma” və “Atletiko” ilə mübarizədə aşkar autsayder olduğunu deyib:

 

“Çempionlar Liqasında oynamaq çox möhtəşəm bir hissdi, ancaq bir az da qorxuludu, çünki, qrupun ən zəif komandasıyıq. Çox çətin qrupa düşmüşük, lakin “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalarla oynamaq şansı əldə edəcəyik. Bu, potensialımızı göstərmək üçün möhtəşəm fürsətdi. Qrup mərhələsində heç bir hədəfimiz yoxdu, çünki, bu turnirdə ilk dəfə çıxış edirik. Üzərimizdə heç bir təzyiq olmadığından, itirəcək heç nəyimiz də yoxdu”.


Digər xəbərlər

Xəbər xətti