Ruslan Abışov 200-ə çatdı

15:32 28 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turu “Neftçi”nin futbolçusu Ruslan Abışov üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatında 200-cü matçını keçirib. Bu yubiley “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. 0:0 hesabı ilə nəticələnən görüşədək Abışov 199 görüşdə iştirak etmişdi.

 

Ölkə çempionatında 2006/07 mövsümündə “Neftçi”nin heyətində debüt edən Ruslan 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb.

 

Daha çox - 126 dəfə “Neftçi”nin şərəfini qoruyan Abışov “Qəbələ”də 44, “Xəzər Lənkəran”da 17, “İnter”də 13 dəfə meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti