"Zirə"nin 30-cu qələbəsi

17:21 28 Avqust 2017

“Zirə”nin “Sumqayıt”la qarşılaşması meydan sahibləri üçün ikiqat əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 3-cü turunda 3:1 hesabı ilə qalib gələn qəsəbə təmsilçisi ardıcıl 3-cü qələbəsini qazanıb. Bu, paytaxt klubunun Premyer Liqada 30-cu qələbəsi kimi tarixə düşüb. 3-cü mövsümdü yüksək dəstədə çıxış edən “Zirə” 30-cu uğuruna 67-ci matçında çatıb.

 

Görüşdə vurulan 2-ci qol isə Bakı təmsilçisinin 75-ci topu olub. Yubiley qoluna Vüsal İsgəndərli imza atıb. Matçın sonunadək zirəlilər qol sayını 76-ya da çatdırıb.


Xəbər xətti