"Qarabağ" PAOK-dan futbolçu icarəyə götürür

10:14 29 Avqust 2017

Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” heyətini gücləndirir. 

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Pedro Enrike Konzeni icarəyə götürə bilər. PAOK-un idman direktoru Lubos Miçel açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hələlik razılıq əldə olunmasa da, danışıqlar gedir.

 

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub. (qafqazinfo.az)


Digər xəbərlər

Xəbər xətti