Foqts: "Futbolu gülünc vəziyyətə salıblar" - AÇIQLAMA

12:51 29 Avqust 2017

"Mən futbolu sevirəm. Bu sistemi isə istəmirəm. Biz bunun əleyhinəyik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlamasında söyləyib. Ölkəsinin idman televeziyasında ekspertlik edən Foqts Bundesliqasında video hakim sisteminin əleyhinə olduğunu bildirib:
 

"Komanda qol vurur. Hamı sevinir. Lakin hakimlər pıçıldaşırlar. Yekun qərar isə hər şeyi alt-üst edir. Futbol elə bir idman növüdür ki, emosiya və ehtirasla yaşayırsan. İndi qol vurduqdan sonra mübahisəli vəziyyətlər çox yaranır və oyunun vaxtı lazımsız şəkildə uzanır. Bu isə doğru deyil! Bu, həqiqət yolu deyil! Futbolu gülünc vəziyyətə salıblar".

 

Təcrübəli mütəxəssis bildirib ki, belə gedişlə azarkeşlər Bundesliqa matçlarını izləməyəcəklər:

 

"Bunu davam etsək, insanlar oyunlara TV-dən baxmayacaqlar. 5-6 ildən sonra Bundesliqaya maraq az olanda isə təəccüblənməyin".

 

Xatırladaq ki, 70 yaşlı mütəxəssis 2008/14-cü illərdə millimizin baş məşqçisi olub.


Xəbər xətti