"Zirə" “Səbail”lə qarşılaşacaq

15:50 29 Avqust 2017

Milli komandaların DÇ-2018-in seçmə oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Zirə” yoxlama matçında qüvvəsini sınayacaq.

 

Sportarena.az xəbər verir ki, “qartallar” Premyer Liqanın debütantı “Səbail”lə qarşılaşacaq. Görüş sentyabrın 2-də “Dalğa Arena”nın köməkçi meydançasında keçiriləcək və saat 17:30-da başlayacaq.

 

Hazırda Premyer Liqada zirvədə qərarlaşan “Zirə” ilk turda “Səbail” üzərində 2:1 hesablı qələbə qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti