Eddi İsrafilovun yeni klubu məlum oldu

16:13 29 Avqust 2017

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov karyerasını böyük ehtimalla İspaniyanın “Ximnastik” klubunda davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “diaridetarragona.com” saytı məlumat yayıb. Saytın yazdığına görə, "Kadis”dən ayrılan 25 yaşlı futbolçu İspaniya Sequndasında (2-ci divizion) çıxış edən Tarraqona təmsilçisiylə üç illik müqavilə bağlayıb. İsrafilov "Kadis”ə ötən ilin yayında keçib. O, daha öncə "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba”da çıxış edib.

 

Qeyd edək  ki, Eddinin İspaniyanın "Real Valyadolid" klubuna keçəcəyi də iddia olunurdu.


Digər xəbərlər

Xəbər xətti