Arda "Monako"nun hədəfində

16:55 29 Avqust 2017

“Barselona”nın türkiyəli yarımmüdafiəçisi Arda Turan karyerasını Fransada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “El Mundo Deportivo” nəşri yayıb. Xəbərdə son Fransa çempionu “Monako”nun Türkiyə millisinin üzvünün xidmətində maraqlı olduğu qeyd edilib.

 

Bundan başqa, Ardanın xidmətində maraqlı olmayan “Barselona”nın onu 20 milyon avro qarşılığında “knyazlıq klubu”na satmağa hazır olduğu da vurğulanıb.

 

Xatırladaq ki, Ardanı sabiq klubu “Qalatasaray”la yanaşı, "İnter" və "Mançester Yunayted"in də transfer etmək istədiyi deyilir. 


Xəbər xətti