“Roma” - “Qarabağ” matçının biletlər satışda

18:16 29 Avqust 2017

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində rəqiblərindən olan “Roma” ev oyunları üçün biletlərini bu gündən satışa çıxarıb.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər “Atletiko” (12 sentyabr), "Çelsi" (31 oktyabr) və "Qarabağ"la (5 dekabr) oyunlar üçün biletlər ala bilərlər.

"Roma"nın "Atletiko" və "Çelsi"ylə oyunlarının biletlərinin qiyməti 40-115 avro arası dəyişir. “Qarabağ”la qarşılaşmanın biletlərinin qiyməti isə 30-95 avrodu.


Digər xəbərlər

Xəbər xətti