"Qarabağ" daha bir futbolçu ilə razılığa gələ bilmədi

10:32 30 Avqust 2017

Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək “Qarabağ” heyətini gücləndirmək üçün oyunçu axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi İtaliya A seriyasında mübarizə aparan “Bolonya”nın yarımmüdafiəçisi Antoni Munyenin xidmətində maraqlı olsa da, fransalı futbolçu təmsilçimizə “yox” cavabı verib. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “Bolonya”nın Munyeni satmaq istədiyi, ancaq futbolçunun özünə klub tapa bilmədiyi qeyd edilib.

 

29 yaşlı sol cinah yarımmüdafiəçisi 2016/17 mövsümünün ikinci yarısını icarə əsasında “Atalanta”da keçirib. Munye ötən mövsümdə ümumilikdə, 13 oyun keçirib, 2 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti