Əfsanəvi futbolçu məşqçi kurslarına başladı

11:16 30 Avqust 2017

Bu il futbolçu karyerasını bitirən “Roma”nın yaşayan əfsanəsi Françesko Totti məşqçi olmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “Gazetta dello Sport” nəşri yayıb. Xəbərdə hazırda paytaxt klubunun direktoru olan Tottinin məşqçi kurslarına getdiyi qeyd edilib.

 

Xatırladaq ki, karyerası ərzində ancaq “Roma”nın şərəfini qoruyan sabiq hücumçu 2016/17 mövsümünün sonunda, 40 yaşında karyerasını bitirdiyini açıqlamışdı.


Xəbər xətti