Millimizin formasında yenilik - FOTO

12:12 30 Avqust 2017

Azərbaycan millisinin formasında yenilik edilib.

 

Sportarena.az xəbər verir ki, yığmamızın formasına ölkə bayrağı əlavə edilib. Bu barədə məlumatı AFFA-nın “facebook” hesabı yayıb. Bayraq formanın arxa yuxarı hisəsində, kiçik ölçüdə verilib.

 

Bundan əlavə, millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfər və San Marino ilə ev oyunlarında geyinəcəyi formalar da açıqlanıb. Yığmamızın səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün millimiz skandinavlarla səfər oyununda ev dəstində, göy rəngli formada oynayacaq.

 

Millimiz San Marino ilə ev oyununa da eyni formada çıxacaq.

 

Xatırladaq ki, seçmə mərhələnin ilk 5 qarşılaşmasında “Umbro” şirkətinin futbolkalarını geyinən yığmamız, Şimali İrlandiya ilə ev oyunundan etibarən “Nike” istehsalı olan formalardan istifadə edir.

 


Digər xəbərlər

Xəbər xətti