"Liverpul" "Barselona"nın 160 milyonluq təklifini qəbul etdi

14:25 30 Avqust 2017

Deyəsən, “Barselona” “Liverpul”un braziliyalı futbolçusu Filippe Koutinyonun keçidini həll edə biləcək.

 

Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul” 25 yaşlı hücumameyilli yarımmüdafiəçini Kataloniya klubuna satmağa razılıq verib. “Barsa”nın Koutinyonun transferinə görə 160 milyon avro ödəyəcəyi deyilir.

İspaniya nəhəngi Koutinyoya görə ingilislərə bir neçə dəfə müraciət edib. “Barsa”nın sonuncu təklifi 118 milyon avro dəyərində olmuşdu. Amma görünür, katalonların qiyməti qaldırmasından sonra “Liverpul” futbolçusunu satmağa razı olub.

 

Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti