"Arsenal"ın futbolçusu La Liqa yolunda

16:18 30 Avqust 2017

“Arsenal”ın yarımmüdafiəçisi Cek Uilşir karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb. Xəbərdə La Liqa təmsilçisi “Betis”in 25 yaşlı futbolçunun xidmətində maraqlı olduğu, “topçular”ın da yarımmüdafiəçisini Sevilya təmsilçisinə göndərməyin əleyhinə olmadığı qeyd edilib.

 

“Arsenal”ın yetirməsi olan Uilşir son illərdə əsas heyətə düşməkdə çətinlik çəkir. O, ötən mövsümü icarə əsasında “Bornmut”da keçirib.


Xəbər xətti