Roma papası “Şapekoense”yə xeyir-dua verdi

16:42 30 Avqust 2017

Roma papası Fransisk Braziliyanın “Şapekoense” klubunun futbolçularını qəbul edib.

 

Sportarena.az xəbər verir ki, görüşdə ötən il təyyarə qəzasında həlak olmuş futbolçuların yaxınları da iştirak edib. Roma papası klubun bütün üzvləri ilə bir-bir görüşüb və onlara xeyir-dua verib. O, təyyarə qəzasında dünyasını dəyişmiş futbolçular üçün dua edib. “Şapekoense” rəhbərliyi papaya klubun ağ-yaşıl rəngdə futbol topunu hədiyyə edib.

 

Braziliya klubu cümə günü - sentyabrın 1-də “Roma” ilə yoxlama görüşü keçirəcək.

 

Xatırladaq ki, “Şapekoense” komandasını daşıyan təyyarə ötən ilin noyabr ayında qəzaya uğramış, 71 nəfər həlak olmuşdu.


Digər xəbərlər

Xəbər xətti