"Atletiko" "Çelsi"nin futbolçusunu alır - 43 milyona

17:10 30 Avqust 2017

"Çelsi"nin futbolçusu Dieqo Kosta sabiq klubu "Atletiko"ya keçməyə yaxındır.

 

Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Madrid klubu 43 milyon avro ödəyərək 28 yaşlı hücumçunu almaq üzrədir. FİFA "Atletiko"ya yanvar ayına kimi yeni oyunçu sifariş etməyi qadağan etdiyindən "Atletiko"nun D.Kostanı yarım illik – qadağa bitənə qədər icarəyə verə biləcəyi vurğulanıb.


Qeyd edək ki, Kosta 2014-cü ildə "Atletiko"dan "Çelsi"yə keçib.


Digər xəbərlər

Xəbər xətti