"Səbail"in futbolçusu Gürcüstan yığmasında

23:39 30 Avqust 2017

"Səbail"in gürcüstanlı legioneri Tamazi Tsetsxladze ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Georgi Gequçadzenin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçiriləcək oyun üçün açıqladığı heyətdə Premyer Liqamızın debütantının gənc müdafiəçisinin də adı var.

 

Gürcüstan - Polşa matçı sentyabrın 1-də Qori şəhərində Tengiz Burcanadze adına stadionda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti