“Qarabağ” PAOK-la razılığa gəldi

10:31 31 Avqust 2017

“Qarabağ” Pedro Enrikenin keçidi ilə bağlı PAOK-la razılığa gəlib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb. Xəbərdə Ağdam təmsilçisinin 27 yaşlı futbolçunu bir illik icarəyə götürəcəyi qeyd edilib. Keçidin bu gün rəsmən açıqlanması gözlənilir.

 

Sol cinah yarımmüdafiəçisi “Qarabağ”da özünü doğruldacağı təqdirdə, “köhlən atlar” icarə müddətinin sonunda 2 və ya 2,5 milyon avro ödəyərək onun transfer hüququna yiyələnmək haqqına sahib olacaq.

 

Braziliyalı futbolçu PAOK-a bu ilin yanvarında, Fransanın “”Renn” klubundan transfer edilib. Saloniki təmsilçisi onun keçidi üçün 1,6 milyon avro ödəyib.

 

Tam adı Pedro Enrike Konzen Medina da Silva olan futbolçunun PAOK-la müqavilə müddəti 2020-ci ilin yayında başa çatacaq. O, Saloniki təmsilçisinin heyətində ötən mövsümdə şans qazandığı 19 oyunda 5 qola imza atıb.


Xəbər xətti