“Beşiktaş”ın Vidanı qışda transfer edəcək - Müqavilə mətbuata sızdı - FOTO

11:57 31 Avqust 2017

“Beşiktaş”ın Kiyev “Dinamo”sunun müdafiəçisi Domaqoy Vida ilə bağladığı ilkin anlaşma mətbuata sızıb.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqavilədə xorvat futbolçunun meneceri İvan Çyvetkoviç və İstanbul təmsilçisinin rəsmisi Umut Günerin imzaları yer alıb.

 

Gələn ilin yanvar ayında qüvvəyə minəcək və 3,5 il üçün nəzərdə tutulmuş anlaşmada Vidanın alacağı məbləğlər də göstərilib. Müqaviləyə əsasən, müdafiəçi “Beşiktaş”dakı ilk yarım mövsümündə 1,1 milyon, sonrakı mövsümdə 2,2 milyon, son iki mövsümdə isə 2,3 milyon avro qazanacaq. Xorvat futbolçu üçün 5 min avro dəyərində mükafat da nəzərdə tutulub.

 


Xəbər xətti