Armenteros A seriyası klubuna keçdi - 2 milyona

12:21 31 Avqust 2017

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros İtaliya A seriyası təmsilçisi “Benevento” ilə anlaşıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. İtaliya mətbuatında yer alan məlumata görə, “sarı-qırmızılar” İsveç millisinin də üzvü olan futbolçunun transferi üçün “Herakles”ə 2 milyon avro ödəyib. Müqaviləyə əsasən, 27 yaşlı forvard 2020-ci ilin yayına kimi “Benevento”da çıxış edəcək.

 

Xatırladaq ki, Armenteros 2015-16 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qola imza atmışdı. “Qarabağ”dan ayrıldıqdan sonra Hollandiya Erediviziya təmsilçisi “Herakles”lə anlaşan Armenteros, ötən mövsümdə meydana çıxdığı 33 oyunda 22 qol vurub.


Digər xəbərlər

Xəbər xətti