"Qalatasaray" "Yuventus"un futbolçusunu transfer etdi

12:40 31 Avqust 2017

"Qalatasaray" yay transfer pəncərəsinin bitməsinə az qalmış daha bir keçidi həll edib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"dan Kvadvo Asamoanı rənglərinə bağlayıb. Cinah müdafiəçisinin transferi "sarı-qırmızılar"a 4,7 milyon avroya başa gəlib. Qana millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Asamoanın illik qazancı bonuslarla birgə 2,5 milyon avro olacaq.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu "Yuventus"a 2012-ci ildə "Udineze"dən keçmişdi.


Xəbər xətti