Xəbər verdiyimiz kimi, “Qarabağ” Yunanıstanın PAOK klubundan braziliyalı yarımmüdafiəçi Pedro Enrikeni icarəyə götürüb.
Sportarena.az xəbər verir ki, Ağdam klubu 27 yaşlı vingerlə bu gün müqavilə imzalayacaq.
Pedro 1990-cı ildə Braziliyanın Santa-Krus-du-Sul şəhərində dünyaya göz açıb. Futbolçu kimi peşəkar karyerasına doğulduğu şəhərin “Avenida” klubunda başlayıb. Daha sonra isə “Kaşias” klubuna keçib. Burdakı uğurlu karyeradan sonra isə onun yolu Avropaya açılıb.
Enrike köhnə qitədə “Sürix” klubunda forma geyinib. 2014-cü ildə isə o, Fransanın “Renn” klubu ilə anlaşıb. Bu komandada 69 oyunda meydana çıxan “sambaçı” 2016-cı ildə PAOK-la müqavilə imzalayıb. Lakin o, burada möhkəmlənə bilməyib. Müqavilə ilə Saloniki klubuna məxsus olan Pedro bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq. (Qafqazinfo)