Laqerbekin: "Azərbaycan millisi çox yaxşı komandadı"

15:18 31 Avqust 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının baş məşqçisi Lars Laqerbekin mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, sabah Osloda millimizlə qarşılaşacaq Norveç yığmasının çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb:

 

- Azərbaycan millisiylə oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Azərbaycan millisi də çox yaxşı komandadı. Maraqlı oyun alınacağına inanıram.

- Heyətdə hansısa problem var?
- Heç kim ciddi zədəli deyil. Hamı oynaya biləcək və matça hazırdılar.

- Sizcə, Bakıdakı ilk oyunda Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?
- Oyun elə alındı ki, Azərbaycan millisi güclü oldu. Biz də bu matça hazırlaşmışıq və inanıram ki, qalib gələcəyik.

- Oyuna necə hazırlaşmısız?
- Komandamız yaxşı hazırlaşıb. Xüsusən, müdafiəyə diqqət ayırmışıq. Çünki son iki oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.

- Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiz? 
- O, yaxşı formadadı. “İkinci mərtəbə”də də yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.

- İki hücumçudan necə yararlanmaq niyyətindəsiz?
- Onlardan birgə istifadə etmək çətindi. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdı. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.

- Hansı cinah oyunçularından yararlanmaq fikrindəsiz?
- Ardıcıl iki oyun keçirəcəyik. Hamısından hər iki qarşılaşmada yararlanmaq lazımdı. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.


Digər xəbərlər

Xəbər xətti