Alisami: "Qələbəyə ümidliyik" - AÇIQLAMA

16:58 31 Avqust 2017

"Oyuna ciddi hazırlaşmışıq. Güclü təlim-məşq toplanışı keçmişik".

 

Sportarena.az xəbər verir ki, bunu Norveç milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu Haytam Alisami Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib. 26 yaşlı cinah oyunçusu sabahkı oyunda qələbəyə ümidli olduqlarını açıqlayıb:

 

"Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər hər şey alınacaq". 

 

Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


Xəbər xətti