"Yuve" "Barsa"nın fantastik təklifini rədd etdi

17:58 31 Avqust 2017

Neymarı PSJ-yə satan “Barselona” braziliyalı futbolçunun gedişi ilə yaranmış boşluğu doldurmaq üçün hücumçu axtarışlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi hücum xəttini gücləndirmək üçün “Yuventus”un forvardı Paulo Dibalanı heyətinə cəlb etmək istəyir. “Barsa” argentinalı futbolçunun transferi üçün Turin klubuna 160 milyon avro təklif edib. Ancaq “qoca sinyora” katalonların fantastik təklifinə “yox” cavabı verib. Bu barədə məlumatı İtaliyanın “Corriero dello Sport” nəşri yayıb.

 

Xatırladaq ki, Dibalanın “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayında başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti