Namiq Ələsgərov: "Norveç millisi hazırda çox yaxşı vəziyyətdədi"

11:31 1 Sentyabr 2017

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, gənc futbolçu vətənə sərfəli nəticə ilə qayıtmaq istədiklərini bildirib:

 

"Məşqçimiz də qeyd edib ki, Norveç millisi hazırda çox yaxşı vəziyyətdədi. Ancaq biz də Azərbaycana yaxşı nəticəylə qayıtmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Norveçin son oyunlarına, o cümlədən Çexiya ilə görüşünə baxmışıq. Rəqib son vaxtlar xeyli inkişaf edib. Ona görə də bizi çətin səfər qarşılaşması gözləyir".


Digər xəbərlər

Xəbər xətti