“Qarabağ” “Roma” ilə oyun üçün bilet satışı ilə bağlı şərtləri açıqladı

12:07 1 Sentyabr 2017

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ” “Roma” ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, azarkeşlər matçın biletlərini sentyabr ayının 7-dən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

 

Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


Xəbər xətti