"Qarabağ" Enrikenin transferini tamamladı?

12:26 1 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bir neçə gündür danışıqlar apardığı PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni icarəyə götürüb. Məlumatı PAOK-un idman direktoru Lüboş Mihel “Qafqazinfo”ya açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, Enrikenin icarə əsasında “Qarabağ”a keçidi üçün razılıq əldə olunub.

 

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.


Xəbər xətti