"Qəbələ"də istirahət bitdi

17:16 1 Sentyabr 2017

Premyer Liqanın 3-cü turunun “Qarabağ”la avqustun 26-da keçirilən oyunundan (1:2) sonra istirahətə buraxılan “Qəbələ” futbolçuları yenidən bir araya gəlib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” avqustun 31-də hazırlıqlara start verib. Komanda 4-cü turun sentyabrın 9-da keçiriləcək “Zirə” ilə ev matçının hazırlıqlarına Bakıda başlayıb. Hazırlığın ilk günündə futbolçular fiziki və bərpaedici məşqlə kifayətlənib. Məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.


Digər xəbərlər

Xəbər xətti