"Jilina"nın baş məşqçisi: “Ramil bizim ümidlərimizi doğrultmadı"

18:21 1 Sentyabr 2017

“Jilina”nın baş məşqçisi Adrian Qula millimizin hücumçusu Ramil Şeydayev haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, Qula klubun saytına açıqlamasında “Jilina”dan ayrılan gənc oyunçunun ümidləri doğrultmadığını deyib:

 

“Ramil bizim ümidlərimizi doğrultmadı. Baxmayaraq ki, o, komandaya yeni qoşulanda yaxşı təsir bağışlayırdı. Onun ilk vaxtlarda sərgilədiyi oyun bizə ümid vermişdi. Ancaq vaxt keçdikcə onun oyununda geriləmə oldu və buna görə əvəzedici heyətə göndərildi.

 

Biz öz enerjimizi yeni oyunçuların yetişdirilməsinə yönəltmişik. Bu, bizim klubun fəlsəfəsidi. Ramil də perspektivli futbolçudu, lakin o, bizim oyun stilimizə uyğun gəlmədi. Ona “Jilina” formasını geyindiyinə və ölkəmizdə çıxış etdiyinə görə təşəkkür edirəm”.

 

Slovakiya çempionu Şeydayevi bu ilin əvvəlində “Trabzonspor”dan 1,5 illik icarəyə götürmüşdü. Millimizin hücumçusu “Jilina”nın heyətində ümumilikdə 13 oyun keçirib. 5 qol vurub.

 

Xatırladaq ki, Şeydayev karyerasını “Qarabağ”da davam etdirəcək. Ağdam təmsilçisi 21 yaşlı hücumçunu müqaviləylə məxsus olduğu “Trabzonspor”dan bir illik icarəyə götürüb.hücumçunu müqaviləylə məxsus olduğu “Trabzonspor”dan bir illik icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti