"Qarabağ"dan növbəti transfer bombası!

23:24 1 Sentyabr 2017

Son Azərbaycan çempionu “Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb. Hansı ki, Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu dəqiqələrdə məhz səfərdə Norveçlə qarşılaşır və Tarik qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyir.

 

Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

 

28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub.

 

Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti