Ramil Şeydayev: "Qarabağ"da məqsədim əsas heyətdə oynamaqdır"

11:14 2 Sentyabr 2017

"Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Hərçənd matça yaxşı başlamışdıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O, penaltidən buraxdıqları qolun qırılma anı olduğunu bildirib:

 

"Vəziyyəti düzəltmək üçün komandamız irəli atıldı. Bu zaman boş zonalar yarandı. Rəqib bundan istifadə edərək, ikinci qolu vurdu. Nəticədən məyusuq".

 

21 yaşlı hücumçu "Qarabağ" keçidi barədə də danışıb:

 

"Danışıqlar aparıldı, razılaşdıq və müqavilə bağladıq. Bu keçidə çox şadam. Məqsədim əsas heyətdə oynamaqdır. Bu barədə düşünmürəmsə, niyə bura gəlmişəm və futbolu niyə oynayıram?"

 

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor"a məxsus olan R.Şeydayev bu mövsümün sonuna kimi "Qarabağ"da icarə əsasında çıxış edəcək.


Xəbər xətti