Norveçin baş məşqçisi: "Elyunussi yüksək səviyyədə futbol oynayan bir kluba yollanır"

18:40 2 Sentyabr 2017

Norveç millisinin baş məşqçisi Lars Laqerbek yığmanın yarımmüdafiəçisi Tarik Elyunussinin “Qarabağ”a keçidi barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan yığmasına qarşı ev oyunundan (2:0) sonra yerli mətbuata danışan isveçli mütəxəssis, yarımmüdafiəçinin Ağdam təmsilçisində çıxış etməsinin onun üçün yaxşı təcrübə olacağını deyib:

 

“Bu keçidi Tarik üçün müsbət dəyərləndirirəm. Yüksək səviyyədə futbol oynayan bir kluba yollanır. Bu, onun özü və milli komanda üçün yaxşı təcrübə olacaq”.

 

Laqerbek Elyunussiyə Norveç - Azərbaycan oyununun 73-cü dəqiqəsində şans verib.

 

Xatırladaq ki, “Qarabağ” 28 yaşlı futbolçunu onun müqavilə ilə məxsus olduğu “Olimpiakos” klubundan bir illik icarəyə götürüb.


Digər xəbərlər

Xəbər xətti