Eddi yeni komandasında debüt etdi

10:35 3 Sentyabr 2017

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 3-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə müqavilə bağladığı "Ximnastik" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Sportinq" (Xixon) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4. Eddi də bu görüşün iştirakçısı olub. O, yeni komandasında debüt etdiyi və start heyətdə meydana çıxdığı qarşılaşmanın 67-ci dəqiqəsində əvəzlənib.

 

"Ximnastik" 3 oyuna cəmi 1 xal toplayıb və hazırda 22 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti