Aqolli qol vurdu - VİDEO

15:17 3 Sentyabr 2017

Futbol üzrə Albaniya yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də formasını geyindiyi bu kollektiv G qrupunda 7-ci tur çərçivəsində doğma meydanda Lixtenşteynlə qarşılaşıb. Oyun albanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ansi də bu görüşün iştirakçısı olub. Millini meydana kapitan kimi çıxaran Ağdam klubunun müdafiəçisi sonadək oynayıb. Komandasının ikinci qolunu da 78-ci dəqiqədə məhz Aqolli vurub.

 

Albaniya 7 oyuna topladığı 12 xalla G qrupunun 16 xala malik liderləri İspaniya və İtaliyadan sonra 3-cü pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti