"Everton"dan Runiyə sərt cəza

16:55 3 Sentyabr 2017

“Everton” hücumçusu Ueyn Runini şərxoş halda maşın idarə etdiyi üçün cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda Britaniyanın “The Mirror” nəşri məlumat yayıb. Komandanın baş məşçqsi Ronald Kuman bugünlərdə futbolçunun içkili halda polisə yaxalanmasını narazılıqla qarşılayıb. Bu səbəbdən onun iki həftəlik maaşdan – 300 min funtdan məhrum edilməsi qərara alınıb. Bundan başqa, onun “Tottenhem”lə qarşıdakı Premyer Liqa matçının heyətinə salınmaması ehtimalı da var.

 

Qeyd edək ki, Runi sərxoş halda idarə etdiyi üçün əvvəlcə saxlanılsa da, sonrada pul girovu müqabilində sərbəst buraxılıb. O, sentyabrın 18-də məhkəmə qarşısına çıxarılacaq.


Xəbər xətti