Manzaroli: "Azərbaycan futbol ölkəsidi"

Sportarena.az      3 Sentyabr 2018, 20:20

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq San Marino yığmasının baş məşqçisi Pyerancelo Manzaroli oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

 

- Şimali İrandiyaya qarşı matçda 70 dəqiqə qol buraxmamağımız böyük nəticə kimi qəbul edilə bilər. Seçmə mərhələdə iştirak bizim üçün böyük məsuliyyət tələb edir. Çalışırıq ki, yaxşı nəticə göstərək. Əlimizdən gələni edəcəyik ki, həmin oyunu Azərbaycana qarşı da sərgiləyək.

 

- Azərbaycan millisi son oyunlarda elə də yaxşı təsir bağışlamayıb. Bakıda əsas məqsədiniz nədi?
- Rəqibə hörmət edirik. Azərbaycan futbol ölkəsidi. Burada futbol daim inkişaf edir. Son nəticələr də bunu sübut edir. Bu, bizim üçün “döyüş”dü. Bu “döyüş”dən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq.

 

- Azərbaycan millisində bir neçə itki var. Sizcə, bu amil sizin xeyrinizə ola bilər?
- Bu barədə məlumatım var. Ancaq düşünürəm ki, Robert Prosineçki bu çətinliyin öhdəsindən gələcək və həmin oyunçuları əvəz edə biləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin