Prosineçki millinin heyətini açıqladı

21:08 3 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığması San Marinonu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki ənənəsinə sadiq qalaraq matçdan öncəki mətbuat konfransında millimizin start heyətini açıqlayıb. Xorvat mütəxəssis “cırtdanlar”la matçda aşağıdakı start heyətinə şans verəcək:

 

Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Rəşad Sadıqov, Tərlan Quliyev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Araz Abdullayev, Ramil Şeydayev.

 

Azərbaycan - San Marino oyunu sabah saat 20:00-da, 8-ci km stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti