Ramil Şeydayev "Çalışacağıq ki, çox qol vuraq”

21:35 3 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsində sabah San Marino millisini qəbul edəcək Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, gənc hücumçu öncə oyunla bağlı fikirlərini bildirib:

 

“Bizi çətin oyun gözləyir. Rəqib çox müdafiə olunur. Demək olar, heç hücum etmir. Sabahkı oyunda qalib gəlməyə çalışacağıq. Çalışacağıq ki, çox qol vuraq”.

 

Şeydayev sabah qol vurması perspektivi barədə bunları deyib:

 

“Mən hücumçuyam və işim qol vurmaqdı. Ümid edirəm ki, sabahkı oyunda fərqlənə biləcəm”.


Digər xəbərlər

Xəbər xətti