Sportarena.az
24 Noyabr 2017

DÇ-2018-ə vəsiqə qazanan daha bir ölkənin adı məlum oldu

12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Avropa zonası üzrə seçmə mərhələ oyunlarında səfərdə Yunanıstanla qarşılaşan Belçika 2:1 hesablı qələbə sayəsində mundiala vəsiqəni təmin etdi. 8 turdan sonra xalını 22-yə çatdıran belçikalılar ən yaxın izləyicisi Bosniya və Herseqovina ilə xal fərqini 8-ə çatdırıb. Son iki turda məğlub olsa belə, Belçika H qrupunda liderliyini əldən verməyəcək. Bu üzdən də sözügedən ölkə vaxtından öncə mundiala vəsiqəni təmin edib.

 

Qeyd edək ki, Belçika Avropa zonası üzrə ilk vəsiqənin sahibi olub. Rusiya mundiala ev sahibi kimi vəsiqə qazanıb.

 

Belçikadan öncə Braziliya, Meksika, İran və Yaponiya da DÇ-2018-ə vəsiqə əldə etmişdi.

Tarix
04.09.17 [10:29]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Noyabr
23 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio