Millimizdən tarixi darmadağın - YENİLƏNİB

21:50 4 Sentyabr 2017

Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan millisi San Marino yığmasını qəbul edəcək. İlk üç turdan sonra 7 xal toplayaraq Avropanın diqqət mərkəzində düşən millimiz son oyunlarda aldığı ardıcıl məğlubiyyətlərdən sonra qrupdan çıxmaq şansını tamamilə itirdi. İndi isə komandamız 3-cü sıra uğrunda mübarizə aparmaq niyyətindədir. Bunun üçün komandamız bu gün mütləq qalib gəlməlidir. Tərəflər arasında baş tutan ilk görüşdə millimiz 1:0 hesabı ilə qalib gəlib.

 

Oyun bu gün saat 20:00-da, 8-ci km stadionunda baş tutacaq.

 

DÇ-2018-in seçmə mərhələsi, 8-ci tur

4 sentyabr

C qrupu

20:00 Azərbaycan - San Marino 4:1

Qol: Əfran İsmayılov, 20; 54. Araz Abdullayev, 24. Miçel Cevoni, 71. Rəşad Sadıqov, 81 - M. Palsi, 73.
Hakimlər: Nikola Dabanoviç, Milutin Djukiç, Yovitsa Tatar, Pavle Radovanoviç (hamısı Monteneqro) 
Hakim-inspektor: Kay Osterqard (Danimarka) 
UEFA komissarı: Oljas Abrayev (Qazaxıstan) 
Bakı. 8-ci km stadionu


Digər xəbərlər

Xəbər xətti