Seçmə mərhələ oyunu terror təhlükəsinə görə təxirə salındı

14:08 4 Sentyabr 2017

2019-cu ildə baş tutacaq Asiya kubokunun seçmə mərhələsi çərçivəsində keçirilməli olan Qırğızıstan - Myanma oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Qırğızıstan Futbol Federasiyasından agentliyə verilən məlumata görə, paytaxt Bişkekdə baş tutmalı olan matç terror təhlükəsinə görə təxirə salınıb. Bu barədə qərar Myanma Futbol Federasiyasının rəsmiləri ilə məsləhətləşdikdən sonra qəbul edilib. FİFA məsələylə bağlı hələ ki, heç bir açıqlama verməyib.

 

Myanmada müsəlmanların qətlə yetirilməsindən sonra Qırğızıstanda bu oyun ərəfəsində ictimaiyyət arasında böyük gərginlik yaşanırdı. Qarşılaşmanın nə vaxt və harda keçiriləcəyi bəlli deyil.

 

Qeyd edək ki, Qırğızıstan - Myanma oyunu sabah baş tutmalı idi.


Digər xəbərlər

Xəbər xətti