Azərbaycan - İrlandiya oyunun kakimləri açıqlandı

15:02 4 Sentyabr 2017

Azərbaycanın U-21 millisi AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İrlandiya yığmasını qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu oyunu idarə edəcək hakimlərin adları açıqlanıb. Millimizin oyununu macarıstanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Sandor Szabo olacaq. Ona həmyerliləri Peter Kobor və Balaj Szert kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Balaj Berke yerinə yetirəcək.

Azərbaycan - İrlandiya matçı sabah saat 19:00-da "Dalğa Arena"da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti