Ardadan "Qalatasaray" açıqlaması - "Aslanlar kimi çalışıb heyətə də düşərəm"

16:32 4 Sentyabr 2017

"Barselona"nın futbolçusu Arda Turan "Qalatasaray"a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, Kataloniya klubunda qalacağını deyib: 

 

"Onsuzda hazırda "Qalatasaray" azarkeşləri mənim komandaya gəlməyimi istəmirlər. Mən komandama ziyan vermək istəmərəm. Klubun azarkeşlərinin nə hiss etdiyini biləcək qədər "Qalatasaray" azarkeşiyəm. Bundan başqa, "Barselona" ilə 3 illik müqaviləm var və klubumda xoşbəxtəm. Aslanlar kimi çalışıb heyətə də düşərəm. Kimsə narahat olmasın. "Barselona"da qalacam. ".

 

Türkiyə millisinin yarımmüdafiəçisi nə vaxtsa yenidən İstanbul klubunda oynamaq istədiyini də vurğulayıb:

 

"Qalatasaray" mənim evimdir. Şərtlər uyğun olsa, bir gün orada yenidən oynamaq istəyərəm".


Digər xəbərlər

Xəbər xətti