"Neftçi" daha bir yoxlama oyunu keçirəcək

16:50 4 Sentyabr 2017

"Neftçi” Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı daha bir sınaq matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar” ikinci yoxlama görüşünü sentyabrın 6-da əvəzedici heyətə qarşı keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” ilk yoxlama oyununda MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.


Xəbər xətti