Futbolçumuz yeni komandasında debüt etdi

18:15 4 Sentyabr 2017

"Qəbələ" Futbol Akademiyasının yetirməsi, 19 yaşlılardan ibarət milli komandamızın kapitanı Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubun heyətində ilk oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, gənc hücumçu Praqa təmsilçisinin U-21 komandasının heyətində ölkə çempionatının VI turunda "Pribram"la səfər matçında  meydanda olub. O, qarşılaşmanı əvəzlənmədən keçirib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Qeyd edək ki, "Slaviya" geridə qalan 6 turda 10 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti