Sportarena.az
18 Noyabr 2017

Rəşad Sadıqov: "Qərarımı ÇL-dən sonra verəcəm"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində 5:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Böyük hesablı qələbə haqda nə deyə bilərsiniz?
- Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq və iki gün bundan əvvəlki məğlubiyyəti az da olsa, unutduraq. Fikirləşirəm ki, uşaqlar yaxşı futbol nümayiş etdirdilər. Yaxşı, düşünülmüş hücumlarımız oldu. Minimal hesablı qələbə də qazanmaq olardı. Amma həqiqətən də uşaqlar yaxşı futbol oynadılar, rəqibə oynamaq üçün imkan vermədik. Komandanı təbrik edirəm.

 

- Bu oyunda fərqlilik var idi. Sanki əlavə nəsə göstərmək istəyirdin...
- Həyatım boyu kiməsə nəyisə sübut etməyə çalışmamışam. Sadəcə, oyundan öncə çox gərgin idim. Norveçlə oyunda öz qapımızdan keçirdiyimiz qola görə özümü narahat hiss edirdim. Amma həqiqətən də millinin oyunlarına optimal vəziyyətdə çıxmamışam. Çox uzun danışmaq istəmirəm. Lakin analiz etsək, görərik ki, Norveçlə oyuna zədəli vəziyyətdə hazırlaşmışdım. Həqiqətən də həmin oyunda pis oynamamışdım. Sadəcə, oyunun sonunda istəmədiyimiz halla üzləşdim. Gərgin idim və San Marino ilə oyunu səbrsizliklə gözləyirdim.

 

- 7 il sonra milli komandanın heyətində qol vurdun. Darıxmamışdın?
- Bu, mənim qrup mərhələsindəki ilk qolumdu. İlk dəfə idi ki, texnika ilə cərimə zərbəsi yerinə yetirirdim, çünki hər zaman qüvvətli zərbələrə üstünlük vermişəm. Uşaqlar da vurmaq istəyirdi, amma dedim ki, icazə verin mən vurum.

 

- Tribunadan sənə dəstək verənlər çox idi. Bu sevgini özün hiss etdinmi?
- Məni futbolçu edən azarkeşlər olub. Onların sevgisi mənim üçün hər şeydən üstündü və onu itirmək çox ağırdı. Ona görə də onların dəstəyini hiss etmək çox sevindirici idi. Azarkeşlərin “Rəşad, Rəşad” səsləməsi mənim üçün mükafatdan artıqdır.

 

- İddialara görə, “Neftçi”nin və 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi postuna ən real namizədlərdən birisən. Bu məsələyə münasibətin necədir?
- Hazırda “Qarabağ”ın futbolçusuyam və bu barədə danışmaq düzgün olmaz.

 

- Mövsümün sonuna qədər “Qarabağ”da qalacaqsan?
- Belə deyək, hazırda bütün diqqətimi oyunuma yönəltmişəm. Kayeramı bitirmək barədə düşünürəm. Amma nəyin necə olacağını bilmirəm. “Qarabağ”la ilin sonuna qədər müqaviləm var və mənim klubdakı gələcəyimlə bağlı onlar qərar verəcəklər. Çempionlar Liqasının qrup mərhələsi başa çatandan sonra qərarımı açıqlayacağam.

Tarix
05.09.17 [01:32]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio